Powered by Elgün İbrahimov
» » Skype - FullPack
Skype - FullPack
Bölmələr: Proqramlar
Müəllif: Admin
Tarix: 11 mart 2016
Skype - FullPack
Bu yükləməyə cəmi : 257 dəfə baxıldı
Bu yükləməyə şərh sayı : 0

Skype – internetdə səsli, görüntülü və yazılı ünsüyyət yaratmaq üçün bir proqramdır. Bu proqram vasitəsiylə siz skype hesabı olan digər dostlarınızla dünyanın harasında olmasından asılı olmayaraq pulsuz əlaqə saxlaya bilərsiniz. Bundan əlavə xarici ölkələrdə yaşayan dostlarınızın ev və ya mobil telefonlarına da ucuz qiymətə zəng edə və sms yaza bilərsiniz. Azərbaycan operatorlarına isə dəqiqəsi təxminən 26 qəpikdən zəng edə bilərsiniz. Türkiyənin ev telefonlarına 2-3 qəpiyə zəng edə bilərsiniz. Bir sözlə bu həm də bir mobil xidmət göstərir. Ancaq Azəri operatorlar qiymətdə çox bahaçıdırlar. Yenə də siz xarici dövlətdə yaşayan yaxınlarınızla ucuz danışma şansından istifadə etsəniz məndən razı qalacaqsınız.

Mobil telefonlar üçün də Skype proqramı var və bu da proqramın digər bir üstünlüyüdür.

İnternet sürəti Skype üçün necə olmalıdır?

Skype elə super bir proqramdır ki, 56 kbit/san dial-up internetlə də bizim operatorlardan daha keyfiyyətli xidmət göstərir, amma əsil Skype keyfiyyətini siz minimum 256 kbit/san sürətli internetlə daha yaxşı hiss edərsiniz. Video görüntü üçün sürət nə qədər çox olsa, bir o qədər də kəsintisiz əlaqə olar.

Necə əldə edə bilərəm?

www.skype.com ünvanına daxil olun və proqramı yükləyin. Həmçinin yeni tarif planlarına da göz gəzdirin. Sayt bir neçə dildə fəaliyyət göstərir və mən əminəm ki, bu da sizin işinizə yarayacaq.







Açar sözlər :
FACEBOOK-ilə fikir bildir

Oxşar tapılan yükləmələr