Powered by Elgün İbrahimov
» » Mobil Nömrə Daşıma - Android App
Mobil Nömrə Daşıma - Android App
Bölmələr: Android / Mobil
Müəllif: Admin
Tarix: 11 mart 2016
Mobil Nömrə Daşıma - Android App
Bu yükləməyə cəmi : 214 dəfə baxıldı
Bu yükləməyə şərh sayı : 0

Mobil Nömrə Daşıma (MNP) xidməti nömrə və prefiksi dəyişmədən başqa mobil operatora keçməkdir. Məsələn, sizin Azercell nömrəniz MNP xidmətinə qoşularaq Bakcell opetaratoruna keçərsə bu zaman nömrənin 050 və ya 051 ilə qalacaq, amma Bakcell opetarorunun abunəçisi olacaqsınız. Keçdiyiniz operatorun tariflərindən istifadə edəcəksiniz.

"Mobil Nömrə Daşıma" app-i isə sizə imkan verir ki, dost-tanışlarınızdan ümumilikdə kontakt siyahınızda olanlardan kimlərin MNP xidmətinə qoşulduğunu biləsiniz. Əgər 2 nömrəli telefon istifadə edirsinizsə bu zaman, müvafiq operatorun nömrəsi ilə zəng edərək xərclərinizə qənaət edə bilərsiniz.

App, Telefon kitabçanızda olan bütün nömrələrin "Mobil Nömrə Daşınması" (MND)* qoşulu olub-olmamasını yoxlayır.
App-ı işlətmə qaydası:
Əsas səhifədən "Başla" düyməsini basmaqla birinci dəfə telefon kitabçanızda olan nömrələr yoxlamaq üçün app-a əlavə edilir.
Yoxlama 3 cür aparıla bilər:
- Hər bir kontaktın sağında yerləşən "yoxla" düyməsini basmaqla
- Bir neçə kontaktı seçib yoxlama aparmaqla ( bir neçə kontakt seçmək üçün kontakt üzərində "long press" (tutub saxlamaq) vasitəsi ilə edə bilərsiniz)
- "Float button"-dan istifadə edərək "bütün kontaktları yoxla" düyməsini sıxmaqla
- Klaviatura bölməsindən telefon kitabçasında olmayan nömrəni daxil edib statusunu yoxlaya bilərsiniz.
- App yalnız Azercell, Bakcell və Narmobile operatorlarının nömrələrini qəbul edir.
- Yoxlama zamanı "kiçiltmə" düyməsi vasitəsi ilə "gözləmə rejimindən" adi rejimə keçid edə bilərsiniz.
- Yoxlama nəticəsi hər bir kontaktın adı əvvəlində Boz (xidmətə qoşulmayıb) və Yaşıl (xidmətə qoşulub) rəngli "seçim" düyməsi ilə təsvir edilir. Xidmətə qoşulmuş kontaktın keçid etdiyi operator oxla göstərilir.
- Axtarış funksiyası vasitəsi ilə kontaklara sürətli bir formada tapa bilərsiniz. Axtarış kontaktın adı və nömrəsi ilə aparılır.
- İstifadə olunan servislər həddindən artıq yüklənməyə görə yoxlama zamanı "Yoxlama zamanı xəta baş verdi" xəbərdarlığını ala bilərsiniz. Zəhmət olmasa müəyyən vaxtdan sonra yenidən davam edin.

http://fb.com/hasanaga.mammadov
FB Page:
https://www.facebook.com/MobileNP
QEYD:
Servislər Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat və Hesablama Mərkəzi tərəfindən təmin edilir.
Serverin yükləməsinin qarşını almaq üçün hər əməliyyat zamanı maksimum 25 kontaktın statusu yoxlanılır. Növbəti yoxlamanı 3 dəqiqədən sonra davam etdirə bilərsiniz.
Bu məhdudiyyət tək-tək və klaviatura ilə yoxlamaya aid deyil.







Açar sözlər :
FACEBOOK-ilə fikir bildir

Oxşar tapılan yükləmələr